Dünən gecə baş verən güclü külək Telavidə ondan artıq evin damını uçurdu
Dünən gecə baş verən güclü külək Telavidə ondan artıq evin damını uçurdu

Dünən gecə baş verən güclü külək Telavidə ondan artıq evin damını uçurdu.

Xüsusi zərər isə, Alazani prospektində və Kavkasioni küçəsində yerləşən binalara verilib. Binaların damları uçub və elektrik-enerji xəttləri zərər görüb.

Şəhərin meydanında isə, güclü külək yeni il şam ağacını yıxıb.

Telavidə bütün gecə ərzində xilas edici briqada işləyirdi.

Təbii fəlakət nəticəsində vurulan zərəri xüsusi komisiya öyrənir.