DTX rüşvət götürməkdə yardım etmək ittihamı ilə Vake rayonunun icra başçısının müavinini həbs etdi
DTX rüşvət götürməkdə yardım etmək ittihamı ilə Vake rayonunun icra başçısının müavinini həbs etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorupsiya Agentliyinin əməkdaşları rüşvət götürməkdə yardım etmək ittihamı ilə Tbilisi şəhər munisipalitetinin Vake rayonunun icra başçısının müavini Teymuraz Çoçuayı həbs etdilər.

İstintaq nəticəsində məlum oldu ki, Teymuraz Çoçua Tsxaltubo munisipalitetinin Sakrebulo sədri Qriqol İvaneişvili ilə xarici biznesmeni görüşdürdü, hansı ki, Tsxaltubo şəhərində bina almaqla maraqlanırdı. Qriqol İvaneişvili isə, həmin binayı əvvəlcədən razılaşdırılmış qiymətə hərraca çıxardıb, ordan almağa yardım etməyə söz verdi. Bunun əvəzinə isə, biznesmendən 250 000 lari istəyirdi.

Teymuraz Çoçua isə, bu məbləğin ödənilməsinin qarantı olaraq, Qriqol İvaneişviliyə yardım edirdi.

İstintaq Teymuraz Çoçuaya qarşı xüsusi ilə böyük miqdarda rüşvət götürmək faktı ilə aparılır, hansı ki 11-dən 15 lə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorupsiya Agentliyi aparır.