DTX-nin məlumatına görə, rus hərbiçiləri tərəfindən yaxalanan Gürcüstanın yeddi vətəndaşı Sxinvali təcridxanasındadır
DTX-nin məlumatına görə, rus hərbiçiləri tərəfindən yaxalanan Gürcüstanın yeddi vətəndaşı Sxinvali təcridxanasındadır

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, rus hərbiçiləri tərəfindən yaxalanan Gürcüstanın yeddi vətəndaşı Sxinvali təcridxanasındadır və üzdəniraq məhkəməni gözləyir.

İşğal rejimi nümayəndələri onları üzdəniraq sərhədin qeyri-qanuni keçməsində ittiham edirlər. Üzdəniraq məhkəmə prosesi sabah təyin edilib.

DTX-nin məlumatına görə, qaynar xəttin bir neçə dəfə işə düşməsindən sonra, gecə de-fakto Sxinvalinin nümayəndələri ilə kommunikasiya baş verdi və onlar təsdiq etdilər ki, Gürcüstanın yeddi vətəndaşının yaxalaması baş verib.