DTX-nın məlumatına görə, işğal xəttinin ətrafında Rusiya işğal qüvvələri tərəfindən qeyri-qanuni uçuşlar qeydə alındı
DTX-nın məlumatına görə, işğal xəttinin ətrafında Rusiya işğal qüvvələri tərəfindən qeyri-qanuni uçuşlar qeydə alındı

Gürcüstanın Dövlət Təhlükəsizliyi xidmətinin məlumatına görə Rusiyanın işğal qüvvələri tərəfindən sentyabrın 24-də, işğal altında olan Sxinvali regionu istiqamətinə doğru qeyri-qanuni uçuşlar aşkar olundu.

DTX-nın dəyərləndirməsinə görə, bu hadisə mövcud olan təhlüksizlik mühitini pozur.

“Baş verən hadisə ilə bağlı “qaynar xətt” işləyir və həmçinin, Cenevrə Beynəlxalq diskussiyaların həmsədrlərinə və Avrokomisiyanın Müşahidəçi Missiyasına məlumat çatdırılıb.

Xaşuri munisipalitetinin Çorçana kəndinin yanında baş verən hadisələrlə bağlı məsələlər isə, oktyabrın əvvəlində Cenevrə diskussiyalarının növbəti raundunda müzakirə ediləcək.