DTX Malxaz Maçalikaşvilinin Soso Qoqaşvili və ailə üzvlərinin likvidasiyası məqsədi ilə terakt hazırlaması ilə bağlı fakt aşkarladı
DTX Malxaz Maçalikaşvilinin Soso Qoqaşvili və ailə üzvlərinin likvidasiyası məqsədi ilə terakt hazırlaması ilə bağlı fakt aşkarladı

Malxaz Maçalikaşvili tərəfindən bir neçə şəxsin öldürülməsi ilə bağlı terakt hazırlanması faktı aşkarlandı, – bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən brifinqdə verildi.

Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir:

“İctimaiyyətə məlumat vermək istəyirik ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ən ağır cinayət cəhdinin qarşısı alındı. Hazırda DTX-nın kontr-terorist departamentində Malxaz Maçalikaşvilinin qardaşı oğlu Moris Maçalikaşvili sorğudadır. Qeyd olunan şəxs Malxaz Maçalikaşvilinin planı ilə, hazırlanan teror aktına qoşulmalı idi.

İctimaiyyətə xatırladırıq ki, istintaqın başlanmasının əsası Malxaz Maçalikaşvili tərəfindən 2018-ci ilin mayın 31-də Tbilisidə parlament binasının önündə keçirilən etiraz aksiyasında verilən bəyanat oldu, hansına əsasən, o və bir neçə şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin binasına daxil olub, özlərini partlatmağı düşünürdülər.

Müvafiq məhkəmə qərarı ilə, gizli audio-video yazılar həyata keçirildi və foto şəkillər çəkildi.

Aparılan istintaq nəticəsində məlum oldu ki, Malxaz Maçalikaşvili terakt planlaşdırırdı.

Plana əsasən,  teror aktı Dedoplistskaro rayonunun Zemo-Maçxaani kəndində törədilməli idi, harda Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin sabiq birinci müavini İoseb Qoqaşvili və qohumları atasının məzarına gedəndə qətlə yetirilməli idilər.

İstintaqın bu mərhələsində məlum oldu ki, Malxaz Maçalikaşvili qardaşı oğlu Moris Maçalikaşvilidən tələb edirdi ki, bütün digər işlərini buraxsın və İoseb Qoqaşvilinin yaşadığı yeri, hərəkət etdiyi matşrutu və həmçinin, atasının məzarına nə zaman gedəcəyini öyrənsin.

DTX-nın bəyanatına görə, işlə bağlı istintaq davam edir.