DTX - Lomisi monastrı ərazisində iki insanın yaxalanması barəsində Avropa İttifaqı Müşahidəçilər Missiyası məlumatlandırılıb
DTX - Lomisi monastrı ərazisində iki insanın yaxalanması barəsində Avropa İttifaqı Müşahidəçilər Missiyası məlumatlandırılıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətində, Lomisi monastrı ərazisindən rus işğalçıları tərəfindən iki şəxsin yaxalanması faktını təsdiq edirlər.

DTX-dən Birinci Kanala bəyan etdiklərinə görə, qaynar xətt işə düşüb və Avropa İttifaqı Müşahidəçilər Missiyası məlumatlandırılıb.

“Bütün mexanizmlərdən istifadə edirik ki, onların qısa müddətdə azad olunmaları baş versin”, – DTX-də bəyan edirlər.

Xatırladaq ki, Lomisi monastrı ərazisində işğalçı qüvvələr iki nəfəri yaxaladılar. Onlar güman edildiyinə görə, üzdəniraq sərhədin qeyri qanuni keçməsi ittiham ilə yaxalanıblar.