DTX - İşğalçı qüvvə tərəfindən, Gürcüstanın işğal edilən ərazilərindən, siyasi proseslərə təsir etmək üçün istifadə edilmə tendensiyası müşahidə olunur
DTX - İşğalçı qüvvə tərəfindən, Gürcüstanın işğal edilən ərazilərindən, siyasi proseslərə təsir etmək üçün istifadə edilmə tendensiyası müşahidə olunur

İşğal altında olan regionlarda mövcud olan ağır kriminogen vəziyyət, total korrupsiya, yerli əhalinin vətəndaş hüquqlarının tapdalanması və həmçinin,  ağır sosiyal-iqtisadi vəziyyət işğal edilən ərazidə yaşayan insanlar üçün böyük təhlükə yaradır.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin 2018-ci ilin hesabatında deyilir, hansı ki, bu gün parlamentə təqdim edildi.

DTX-də qeyd edirlər ki, Gürcüstan üçün əsas təhlükə yenə də işğal qüvvəsi və işğal edilən ərazilərdə rus əsgərlərinin qeyri-qanuni yerləşməsidir.

İşğal altında olan Abxaziyada prosesləri idarə etmək məqsədi ilə, işğal qüvvəsi sünii şəkildə “siyasi-iqtisadi” qeyri-stabillik yaradır və de-fakto rejimi, onun istədiyi qərarları verməyə vadar edir.

Sxinvali regionunda qüvvədə olan de fakto rejim isə, Gürcüstanın işğal edilən ərazisinin Rusiya Federasiyası ilə birləşməsini dəstəkləyir” – deyilir DTX-nın hesabatında.