DTX dövlət qulluqçusuna rüşvətin verilməsi faktı üzrə bir nəfəri yaxaladı
DTX dövlət qulluqçusuna rüşvətin verilməsi faktı üzrə bir nəfəri yaxaladı

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, qeyriqanuni hərəkətin edfilməsi məqsədi ilə dövlət qulluqçusuna rüşvətin verilməsi faktı üzrə Gürcüstan vətəndaşı, Zaur B.-nı yaxaladılar.

İstintaqın məlumatına görə, yaxalanan Kutaisi şəhərində, Qelati küçəsi N191-də yerləşən evin, layihə olmadan tinti və bərpa işlərinin həyata keçirilməsi üçün dövlət qulluqçusuna, rüşvət şəklində 3 000 lari təklif etdi.

İdarənin məlumatına görə, 2018-ci il yanvarın 30-da, Zaur B. Meriya nümayəndəsinə rüşvət şəklində təklif etdiyi 3 000 larını verdi. Onu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları müttəhim qismində həmin vaxtı yaxaladılar.

İstintaq Gürcüsdtan CM-nin 339-cu maddəsinin ikinci hissəsi ilə aparılır.