Dövlət Təhlükəsizlik Xidməti "Mtavari Arxi"-nin süjetində yayılan məlumat üzrə istintaqa başladı
Dövlət Təhlükəsizlik Xidməti "Mtavari Arxi"-nin süjetində yayılan məlumat üzrə istintaqa başladı

Dövlət Təhlükəsizlik Xidməti “Mtavari Arxi”-nin süjetində yayılan məlumat üzrə istintaqa başladı.

Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd olunur ki, 2020-ci il 20 iyunda “Mtavari Arxi”-nin efirində əhalinin dezinformasiyası məqsədi ilə yalan üzərində qurulan süjet efirə çıxdı.

“Süjetdə söhbət gedir ki, sanki Marneuli munisipalitetində müxtəlif səbəblərdən vəfat edən şəxslərin ailə üzvlərinə, tibb işçiləri və hakimiyyət nümayəndələri, vəfat etmənin səbəbi olaraq yeni koronavirusun adlandırılması müqabilində müəyyən məbləğ (3000-dən 10 000 lariyədək) təklif edirlər.

Bəyanata əsasən, “Mtavari Arxi”-nin süjetində müsahibələri olan insanlar cinayət işi üzrə şahid kimi dindirildilər.

“Süjetdə göstərilən vətəndaşlar, sorğu zamanı bəyan etdilər ki, “Mtavari Arxi” tərəfindən hazırlanan süjetdə onların müsahibələri montaj edilmişdir. Onlar jurnalistə bəyan etdilər ki, tibb işçiləri və hakimiyyət nümayəndələri, vəfat etmənin səbəbi olaraq yeni koronavirusun adlandırılması müqabilində müəyyən məbləğin ödənilməsi barsində məlumatları yoxudur.

Qeyd olunanlara baxmayaraq, “Mtavari Arxi” onların azərbaycan dilində olan müsahibəsinin məqsədyönlü yanlış tərcüməsini etdi. Buna görə, qeyd olunan şəxslər böyük narazılıqlarını bildirdilər və faktın araşdırılmasını tələb etdilər.

Qeyd olanan hərəkətlə  “Mtavari Arxi” bir tərəfdən, çalışırdı ki, hakimiyyəti nüfuzdan salsın və ikinci tərəfdən, ictimaiyyətdə müdafiəsizlik hissini yaratsın.

İstintaq sabotaj faktı üzrə intensiv olaraq davam etdirilir. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi ilə aparılır.

İstintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizlik Departamenti aparır”, – bəyanatda deyilir.

Şərh yaz