Dövlət Audit Xidməti partiyalara və müstəqil namizədlərə müraciət edir ki, seçki xərclərinin deklarasiyasına vaxtında başlasınlar
Dövlət Audit Xidməti partiyalara və müstəqil namizədlərə müraciət edir ki, seçki xərclərinin deklarasiyasına vaxtında başlasınlar

2018-ci ilin Gürcüstan prezidenti seçkilərinin, seçki qabağı kampaniyasının şəffaf keçirilməsi məqsədi ilə, Dövlət Audit Xidməti seçkidə iştirak edən bütün siyasi partiyara və müstəqil namizədlərə müraciət edir ki, seçki məqsədləri üçün həyata keçirilən xərclərin deklarasiyasını, seçki qanunvericiliyinə və 2016-cı ilin 5 may tarixində, baş auditorun verdiyi əmrə müvafiq olaraq, müəyyən edilən qaydaya əsasən, vaxtında təqdim etsinlər.

Bu barədə Dövlət audit Xidmətinin bəyanatında deyilir.

Bununla yanaşı, Dövlət audit Xidmətinin siyasi maliyyə monitorinq departamenti, seçkiqabağı deklarasiyası ilə bağlı hər cür əlavə məsləhətləşmələr və treninqlər keçirməyə hazırdır.