"Dorian" qasırğası ən yüksək, beşinci kateqoriyaya qədər gücləndi
"Dorian" qasırğası ən yüksək, beşinci kateqoriyaya qədər gücləndi

“Dorian” qasırğası ən yüksək, beşinci kateqoriyaya qədər gücləndi. Bu barədə məlumatı ABŞ-ın Milli Qasırğa Mərkəzi yayır.

Elə onların məlumatına görə, qasırğa indi Abako adalarına yaxınlaşır.

Xatırladaq ki,”Dorian” qasırğasının yaxınlaşmasına görə, Baham adalarından əhalinin və turistlərin təxliyyəsi atıq baş verdi.

Fəlakətə görə, Florida, Corciya və Cənubi Karolina ştatlarında fövqəladə durum elan edilib.