Donald Tusk Bidzina İvanişvili ilə görüşərkən, - Hiss edirəm ki, Gürcüstanın ümidli bir gələcəyi var [Foto/Video]

Bugünki görüşdən sonra hiss edirəm ki, Gürcüstanın çox yaxşı və ümid verici bir gələcəyi var, – bu sözlərlə Avropa Şurasının prezidenti Donald Tusk, “Gürcü Arzusu – demokratik Gürcüstan” siyasi birləşməsinin sədri Bidzina İvanişvili ilə görüşdən sonra verdi.

İqtidar partiyasının lideri Donald Tusku Batumidə qonaq etdi.

Bidzina İvanişvili Donald Tuska Gürcüstana dəstək verdiyi üçün təşəkkür etdi və bəyan etdi ki, Batumiyə gələn yüksək ranqlı qonaqların sayı göstərir ki, Gürcüstan doğru istiqamətdə inkişaf edir.

Avropa Şurasının prezidenti iqtidar partiyasının lideri ilə görüşü maraqlı və təəsüratlı adlandırdı və ümid etdi ki, Gürcüstan daha çox müvəffəqiyyətlərə nail olacaq.

İqtidar partiyasının sədri baş nazir olduğu dövrdə Donald Tuskla olan görüşü xatırladı və xüsusi ilə vurğuladı ki, Avropa Şurasının prezidenti hər zaman Gürcüstan üçün yaxşı dost olub.