Donald Tusk bəyan edir ki, Avropa İttifaqı ölkələri breksitin 31 yanvara qədər təxirə salınmasına razılaşdılar
Donald Tusk bəyan edir ki, Avropa İttifaqı ölkələri breksitin 31 yanvara qədər təxirə salınmasına razılaşdılar

Avropa İttifaqı ölkələri breksitin 31 yanvara qədər təxirə salınmasına razılaşdılar. Bu barədə bu gün Avropa Şurasının prezidenti, Donald Tusk “Tvitter” sosial şəbəkəsində yazdı.

Breksitin təxirə salınması məsələsini bu gün Brüsseldə Avropa İttifaqının səfirləri müzakirə edirdilər.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı breksit şərtləri barəsində razılığa 17 oktyabrda nail oldular. Bundan sonra Palata sənədi irəlcədən dəstəklədi. Halbuki sonra razılaşmanın sürətli müzakirəsinə rədd cavabı verdi. Bundan sonra Boris Conson Parlamentdə breksitin razılaşması müzakirəsini dayandırdı.