Donald Trampın impiçment proseduru Senatda yanvarın 21-də başlayacaq
Donald Trampın impiçment proseduru Senatda yanvarın 21-də başlayacaq

ABŞ prezidenti Donald Trampın impiçment prosedurunun Senatda yanvarın 21-də başlaması ehtimal olunur.

Bu barədə bəyanatı Senatda əksəriyyətin lideri Mitç Makkonel verdi.

Demokratlar Donald Trampa qarşı impiçment prosesini 2019-cu ilin sonunda başladılar.

Opponetləri Trampı Ukraynalı həmkarı Zelenskiyə təzyiq etməklə ittiham edirlər.

Onların dediyinə görə, Tramp Zelenskidən, senator Co Bayden və oğluna qarşı istintaqın başladılmasını tələb edirdi.

Dekabrın sonunda, demokratların əksəriyyətdə olduğu nümayəndələr palatası Trampın impiçmentini dəstəklədi.

Trampın özü isə, ona qarşı başladılan impiçmenti siyasi təqib və “cadılar avı” adlandırır.

Senatın isə, Donalt Trampı doğruldacağı gözlənilir.