Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq istəyini rəsmi olaraq təqdim edib
Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq istəyini rəsmi olaraq təqdim edib

Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatından çıxması haqqında rəsmi məlumatı BMT-nin baş katibinə təqdim edib.

Bu haqda məlumatı Fox-nyus ABŞ prezidentinin administrasiyasına istinad edərək, yayır.

Eyni medya vasitəsinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatından çıxması haqqında məlumatı Ağ Evin administrasiyası Konqresə də göndərib.

Demokrat senator Bob Menendes Donald Trampın covid-19 pandemiyasına reaksiyasını xaotik və dağınıq adlandırdı.

“Bu qərar amerikalıların həyatını xilas etməyəcək, amerikalılar xəstə olacaqlar, Amerika isə, yalnız qalacaq” – yazır Bob Menendes “Tvitterdə”.

Fox-nyusun məlumatına görə, Donald Trampın qərarı qüvvəyə 2021-ci ilin iyul ayında minəcək.