Donald Tramp və Rəcəb Tayyib Ərdoğan koronavirusa  qarşı mübarizədə əməkdaşlıq məsələsini müzakirə ediblər
 Donald Tramp və Rəcəb Tayyib Ərdoğan koronavirusa  qarşı mübarizədə əməkdaşlıq məsələsini müzakirə ediblər

 

 

 

ABŞ və Türkiyə prezidentləri  koronavirusa qarşı  mübarizədə ikitərəfli əməkdaşlıq  məsələsini müzakirə ediblər.

Türkiyə mətbuatının  məlumatına görə, Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı baş tutub.

Yerli mətbuatın Türkiyənin Rabitə Müdirliyinin bəyanatına  istinadən  yazdığına  görə, iki ölkə lideri  ikitərəfli münasibətləri və bölgədəki vəziyyəti, o cümlədən Suriya və Liviyadakı münaqişəni müzakirə edib.

Ankaradan  bildirilir  ki, Ərdoğan və Tramp bölgədə sülh və sabitliyi təmin etmək üçün siyasi və hərbi əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Hazırladı-Sevinc Mustafayeva

Şərh yaz