Donald Tramp və Rəcəb Tayyib Ərdoğan Suriya və Liviya münaqişələrini müzakirə etdilər
Donald Tramp və Rəcəb Tayyib Ərdoğan Suriya və Liviya münaqişələrini müzakirə etdilər

Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti baş tutdu. ABŞ və Türkiyə prezidentləri Suriya və Liviya münaqişələrini müzakirə etdilər.

İki ölkə lideri münaqişə zonasında zoraklığa son qoyulması vacibliyini xüsusilə qeyd etdi.

ABŞ prezidenti administrasiyası mətbuat xidməti katibinin müavini, Cad Dirin dediyinə görə, Tramp və Ərdoğan təsdiq etdilər ki, Liviya münaqişəsinə xarici ölkənin qarışması və döyüş əməliyyatları dayandırılmalıdır, Suriyanın İdlib əyalətində isə, zoraklığa son qoyulmalıdır.

ABŞ prezidenti həmçinin qeyd etdi ki, Türkiyə və Yunanıstan arasında narazılıq aradan qaldırılmalıdır.

Şərh yaz