Donald Tramp - Vaksina hazırlayırıq, virusu məğlub edəcəyik, pandemiyaya son qoyacağıq və sabitliyin presedentsiz erasına daxil olacağıq
Donald Tramp - Vaksina hazırlayırıq, virusu məğlub edəcəyik, pandemiyaya son qoyacağıq və sabitliyin presedentsiz erasına daxil olacağıq

Vaksina hazırlayırıq, virusu məğlub edəcəyik, pandemiyaya son qoyacağıq və sabitliyin presedentsiz erasına daxil olacağıq, – bu barədə bəyanatı BMT Baş Assambleyasında nitqlə çıxış edərkən, ABŞ prezidenti Donald Tramp verdi.

Donald Tramp “covid-19” pandemiyası və bütün dünyanın qarşısında duran çağırışlar haqqında danışdı.

Donald Tramp Çini və Ümumdünya Səhiyyə Təşkilatını sərt şəkildə tənqid etdi.

ABŞ prezidenti nitqlə çıxış edərkən, Çini ətraf mühiti kirlətməklə də ittiham etdi.

Trampın dediyinə görə, BMT daha effektiv bir təşkilat olmalıdır və terorizm, qadınlara qarşı zorakılıq, narkotrafik, dini təzyiq, təqib və etnik təmizləmə kimi problemlərlə mübarizə etməlidir.

Tramp bəyan etdi ki, Amerika insan hüquqlarının qorunması baxımından hər zaman dünyada lider olacaq.