Donald Tramp söz verdi ki, Qrelandiyada göydələn tikməyəcək
Donald Tramp söz verdi ki, Qrelandiyada göydələn tikməyəcək

ABŞ prezidenti Donald Tramp zarafatla söz verdi ki, Qrelandiyada göydələn tikməyəcək. Tramp “tvitter” sosial şəbəkəsində Qrelandiya adasında “Tramptauer” əks olunan fotonu yaydı.

“Söz verirəm ki, bunu Qrelandiyada etməyəcəm”, – ABŞ prezidenti yazdı.

Dünən Donald Tramp təsdiq etdi ki, Qrelandiyanın alınması ideasını müzakirə edirdi. Onun dediyinə görə, Qrelandiyanın satın alınması strateji baxımından maraqlıdır. Bununla yanaşı, ABŞ prezidenti qeyd etdi ki, Danimarkaya Qrelandiyanı saxlamaq hər il 700 milyon dollara başa gəlir.

Donald Trampın bəyanatına Danimarka baş naziri əks səda verdi. Onun dediyinə görə, Qrelandiya satılmır.