Donald Tramp prezident kampaniyasına başladı
Donald Tramp prezident kampaniyasına başladı

Donald Tramp prezident kampaniyasına başladı.

Bu barədə bəyanatı Amerika Birləşmiş Ştatlarının prezidenti Floridada, tərəfdarları ilə görüş zamanı verdi.

Trampın dediyinə görə, ilk prezident kampaniyasına başlayacağı ilə bağlı, o dörd il bundan əvvəl, yenə eyni dövrdə bəyan etmişdi və o tarixi dəyişdirən bir an oldu.

Tramp bəyan etdi ki, o və onun dəstəsi amerikan xalqı üçün çox şey etdi və gələcəkdədə də buna davam edəcək.

ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.

Son keçirilən sosioloji sorğulara görə, Donald Trampın əsas rəqibi Co Baiden olacaq, hansının əhali tərəfindən 49 faiz dəstəyi var. Donald Trampın isə, 39 faiz dəstəyi var.