Donald Tramp - "Nyu-York Taims" məndən diz üstə çöküb elə üzr istəməlidir
Donald Tramp - "Nyu-York Taims" məndən diz üstə çöküb elə üzr istəməlidir

“Nyu-York Taims” məndən diz üstə çöküb elə üzr istəməlidir”, – bu barədə bəyanatı Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəsmi “Tvitter” səhifəsindən verdi.

Tramp “Nyu-York Taimsın” iqtisadiyyat haqqında köşə yazarı olan Pol Kruqmanı, onu tez-tez tənqid etdiyi üçün sərt şəkildə tənqid edi.

ABŞ liderinin dediyinə görə, “Nyu-York Taims”  fond birjasında indeksin düşməsini ehtimal etdi, hansı ki, Trampın dediyinə görə, belə bir şey olmayıb və əksinə iqtisadi göstəricilər daha da yüksəldi. Çox maraqlıdır, Nyu-York Taims 2016-cı ilin prezident seçkilərindən sonra ikinci dəfə məndən üzr istəyəcək mi. Ancaq bu daha böyük üzr istəmək olmalıdır. Bu səfər o diz üstə çöküb, elə üzr istəməlidir. Bu nəşriyyatın əməkdaşları tam bir vətən düşmanıdırlar” – yazır Donald Tramp.

Trampın dediyinə görə, “Kruqman” və “Nyu-York Taims” saxta və yanlış məlumat yaydıqları üçün publikanın etibarını itirdilər.