Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçment proseduru ilə bağlı dinləmədə iştirak etməyəcək
Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçment proseduru ilə bağlı dinləmədə iştirak etməyəcək

Amerika Birləşmiş Ştatlarının prezidenti, Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçment proseduru ilə bağlı dinləmədə iştirak etməyəcək. Dinləmə dekabrın 4-ə təyin edilib. Bu barədə bəyanatı Ağ Evin hüquqşünası Pet Çipollone verdi. Vəkilin dediyinə görə, dinləmədə nə Donald Tramp, nə onun vəkilləri və nə də Ağ Evin nümayəndələri iştirak edəcəklər.

Noyabrın 13-də ilk açıq dinləmə keçirildi. Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri vəzifəsini yerinə yetirən Uiliam Teylor və Avropa məsələləri üzrə dövlət katibi nümayəndəsi müavini Corc Kent ifadə verdilər.