Donald Tramp Con Makkeynin vəfat etməsi barasində rəsmi bəyanata rədd cavabı verdi
Donald Tramp Con Makkeynin vəfat etməsi barasində rəsmi bəyanata rədd cavabı verdi

Donald Tramp senator Con Makkeynin vəfat etməsi barasində rəsmi bəyanata rədd cavabı verdi. Bu barədə “The Washington Post” öz mənbələrinə istinad edərək məlumat yayır.

Amerika mətbuatına əsasən, prezidentin administrasiyası senatorun vəfat etməsi ilə bağlı xüsusi bəyanat hazırladı. Bəyanatda Makkeyn qəhraman kimi dəyərləndirilmişdi. Lakin Ağ Evin lideri qeyd olunan bəyanatın yayılmasını administrasiyaya qadağan etdi.

Amerika Birləşmiş Ştatları prezitenti Twitter sosial şəbəkəsində etdiyi qısa əks sədanı yetərli hesab etdi.

“The Washington Post” yazır ki, son zamanlar Donald Tramp və Con Makkeyn arasında əlaqələr gərgin idi. Senator Ağ Evin liderini açıqca tənqid edirdi.

Donald Tramp 2015-ci ildə bəyan etdi ki, Con Makkeyni qəhraman hesab etmir, çünki Vyetnam müharibəsi zamanı o, əsir düşdü.