Donald Tramp - Əgər Şimali Atlantik Aliyansının hansısa üzvü vergiləri ödəmirsə, aliyansı tərk etməlidir
Donald Tramp - Əgər Şimali Atlantik Aliyansının hansısa üzvü vergiləri ödəmirsə, aliyansı tərk etməlidir

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp hesab edir ki, əgər Şimali Atlantik Aliyansının hansısa üzvü vergiləri ödəmirsə, aliyansı tərk etməlidir. Tramp bu bəyanatı Floridada tərəfdarları ilə görüşündə nitqlə çıxış edərkən verdi.

“Mən aliyansın üzvü olan ölkələrə dedim, siz məbləğ ödəməlisiniz. Əgər bunu etməsəniz, aliyansda daha olmayacaqsınız. Bundan sonra mətbuatda məni tənqid etdilər. Dedilər ki, Donald Tramp müttəfiqləri ilə kobud davranır. Lakin onlar kifayət məbləği ödəməsələr, çıxır ki, onlar bizlə kobud davranırlar”, – Tramp bəyan etdi.