Donald Tramp gözləyir ki, Polşa vizasız rejim proqramına yaxın həftələrdə qoşulacaq
Donald Tramp gözləyir ki, Polşa vizasız rejim proqramına yaxın həftələrdə qoşulacaq

Amerika Birləşmiş Ştatları prezidenti, Donald Tramp gözləyir ki, Polşa vizasız rejim proqramına yaxın həftələrdə qoşulacaq. Ağ Evin yaydığı məlumata görə, Donald Tramp bu barədə Polşa prezidenti, Andjey Duda ilə ikitərəfli görüşü zamanı bəyan etdi. Danışıqlar iki ölkə prezidenti arasında BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirildi.

Donald Tramp görüşdə bəyan etdi ki, Polşa üçün viza rejiminin ləğv olunması məsələsi artıq təsdiq olunubdur.

Bununla yanaşı ABŞ və Polşa prezidentiləri müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi barəsində birgə bəyannaməyə imza atdılar.