Donald Tramp - Bizim güclü dollarımızın qarşısında türk lirası sürətlə aşağa düşür
Donald Tramp - Bizim güclü dollarımızın qarşısında türk lirası sürətlə aşağa düşür

ABŞ prezidenti Türkiyə üçün dəmir və alyumin tariflərini ikiqat artırdı.

Bu barədə bəyanatı Donald Tramp sosiyal şəbəkədən verdi.

“Hal-hazırda, Türkiyə üçün dəmir və alyumin tariflərini artırdım. Türk lirası da bizim güclü dollarımızın qarşısında sürətlə aşağa düşür. Türkiyə ilə münasibətimiz heç yaxşı deyil” – yazır Tramp öz “Tvitter” hesabında.

Xatırladaq ki, ABŞ və Türkiyə arasında gərginləşən münasibətlərin fonunda, türk lirasının dəyəri tarixi minimumuna düşdü

Bir neçə həftə bundan öncə Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi. Bunun səbəbi isə, Türkiyədə 2016-cı ildə həbs edilən amerikalı pastor idi.

O hadisədən sonra, Birləşmiş Ştatlar Türkiyəyə müraciət edir ki, pastoru azad etsin, ancaq rəsmi Ankara söz edilən pastoru terorizm ilə suçlayır.