Donald Tramp bəyan edir ki, Türkiyəyə qoyulan tariflərin digər ölkələrin iqtisadiyyatına necə təsir edəcəyi onu narahat etmir
Donald Tramp bəyan edir ki, Türkiyəyə qoyulan tariflərin digər ölkələrin iqtisadiyyatına necə təsir edəcəyi onu narahat etmir

ABŞ prezidenti Donald Tramp bəyan edir ki, Türkiyəyə qoyulan tariflərin digər ölkələrin iqtisadiyyatına necə təsir edəcəyi onu narahat etmir. Bu barədə ABŞ prezidenti Reuters agentliyi ilə müsahibə zamanı zanışdı.

“Məni bu məsələ heç narahat etmir, çünki bu doğru hərəkətdir” – dedi Donald Tramp.

ABŞ prezidenti Türkiyədə həbs edilən amerikalı pastorun azad edilməsinin əvəzinə, Türkiyə iqtidarının hərhansı bir tələbinin yerinə yetirilməsini istisna edir.

Donald Trampın dediyinə görə, İsrail ilə Türkiyə vətəndaşının azad edilməsi haqqında razılaşarkən, o hesab edirdi ki, onun əvəzinə Ttürkiyə tərəfi  partor Endryu Bransonu azad edəcək.

“Türkiyənin etdiyi hərəkətlər çox təəssüf edicidir. Düşünürəm ki, Türkiyə iqtidarı böyük səhv buraxır. Onların heç bir tələbi qəbul edilməyəcək” – dedi ABŞ prezidenti.