Donald Tramp - Aparıcı medya vasitələri xalqın düşmanıdır
Donald Tramp - Aparıcı medya vasitələri xalqın düşmanıdır

ABŞ prezidenti Donald Tramp Meinstrim medyayı (aparıcı medya vasitələrini) xalqın düşmanı adlandırdı.

Bu barədə Donald Tramp öz “Tvitter” hesabında yazdı.

Onun dediyinə görə, medya iki il ərzində onun Rusiya ilə əl birliyi haqqında yalan məlumat yayırdı.

“Aparıcı medya vasitələri tənqid atəşinə tutuldular və o feik-medyalara bütün dünya gülür. İki il ərzində onlar Rusiya ilə iş birliyi ilə bağlı məlumat yayırdılar, halbuki hərkəs bunun yalan olduğunu bilirdi. Onlar həqiqətən də xalqın düşmanlarıdırlar və müxalifət partiyalarının nümayəndələridirlər” – yazır Tramp.