Donald Tramp - ABŞ Çinə koronavirusla mübarizədə yardım təklif etdi
Donald Tramp - ABŞ Çinə koronavirusla mübarizədə yardım təklif etdi

Amerika Birləşmiş Ştatları Çinə koronavirusla mübarizədə yardım təklif etdi. Bu barədə bəyanatı ABŞ prezidenti, Donald Tramp “tvitter” sosial şəbəkəsində yerləşdirdi.

“Virus ilə bağlı Çin ilə sıx əlaqələrimiz var. Amerika Birləşmiş Ştatlarında koronavirusun çox az halı qeydə alındı. Halbuki durumu diqqətlə müşahidə edirik. Biz Çin və prezident Si Dzinpinə, lazım olduğu təqdirdə, yardım təklif etdik. Bizim xüsusi ekspertlərimiz var”, – Donald Tramp “tvitter” sosial şəbəkəsində yazır.