Donald Tramp 2020-ci ilin prezident seçkilərində rəqib olaraq, Hilari Klintonu görmək istəyir
Donald Tramp 2020-ci ilin prezident seçkilərində rəqib olaraq, Hilari Klintonu görmək istəyir

Donald Tramp 2020-ci ilin prezident seçkilərində rəqib olaraq, Hilari Klintonu görmək istəyir, – Bu barədə bəyanatı Amerika Birləşmiş Ştatlarının prezidenti Foxnews-la müsahibə zamanı verdi.

Növbəti prezident seçkilərində rəqib olaraq, kimi görmək istədiyi haqqında suala Bəyaz Evin lideri cavab verdi ki, hərhansı bir demokrat namizədi görmək istərdi və hətta bu Hilari Klinton olsa daha yaxşı olar.

Xatırladaq ki, Hilari Klinton verdiyi müsahibələrdən birində bəyan etmişdi ki, 2020-ci ilin prezident seçkilərində iştirak etməyi istisna etmir.

Sabiq Dövlət Katibi qeyd etdi ki, 2021-ci ildə Bəyaz Evə demokrat prezidentin getməsi üçün əlindən gələni edəcək.

2016-cı ildə ABŞ prezident seçkilərində Donald Tramp 304 deleqatın səsini yığdı. Hilari Klintonu isə, 227 deleqat dəstəklədi, halbuki demokrat namizəd üç milyona qədər səs toplamışdı.