Dmitri Peskov - Normandiya formatı Ukrayna münaqişəsi üçün yaradılıb, Gürcüstanla isə, iki tərəfli münasibətlərdən söhbət gedir
Dmitri Peskov - Normandiya formatı Ukrayna münaqişəsi üçün yaradılıb, Gürcüstanla isə, iki tərəfli münasibətlərdən söhbət gedir

Problemlərin strukturu fərqlidir və hər bir strukturun öz formatı olmalıdır, – bu barədə bəyanatı Rusiya prezidentinin mətbuat spikeri , Gürcüstan prezidentinin təşəbbüsünə cavab olaraq verdi.

Dmitri Peskovun dediyinə görə, Normandiya formatı unikaldır və Ukraynanın cənubundaki daxili münaqişənin tənzimlənməsi zərurətindən irəli gələrək, yaradıldı. Gürcüstan halında isə, söhbət iki tərəfli Rusiya-Gürcüstan münasibətlərdən gedir.

“Təəssüf ki, Rusiya və Gürcüstan arasındaki münasibətlər yaxşı deyil və bu Gürcüstanın sabiq hakimiyyətinin qeyri-dost siyasəti və aqressiv hərəkətlərinin nəticəsidir” – dedi Peskov.

Xatırladaq ki, Gürcüstan prezidenti salome zurabişvili, Gürcüstanın Birinci Kanalının “Azad baxış” verlişində bəyan etdi ki, Rusiya ilə texniki format heç bir nəticə vermir, dialoq və danışıqlar güzəştə getmək deyil.

Prezident həmçinin bəyan etdi ki, xarici  partnyorlarından Normandiya formatına oxşayan formatlar lazımdır.