Dmanisidə Novruz Bayramı

Azərbaycan xalqının minilliklərdir qeyd etdiyi bayramlardan biridə Novruz Bayramıdır. Novruzu təntənə ilə qeyd edən ailələrdən biri də Dmanisi rayonunun Başbilən kəndində yaşayan İsmayılovlar ailəsidir. Ailə üçün Novruz Bayramı önəmli bayramlardan biridir, bayram hazırlığında ailənin hər bir üzvü iştirak edir. Məhz ailə başçıcı Afiq bəy də. Afiq bəy Yuxarı Orzuman kənd məktəbində müəllim olaraq fəaliyyət göstərir, bayram günündə o öz xanımına hər zaman kömək etməyə çalışır. İsmayilovlar ailəsinin bayram süfrəsində plov, kabab, dolma, cürbəcür salatlar və xüsusi təamlar yer tutur. Evin xanımı bayrama hazirliğa bir neçə gün əvvəl başlayır. Süfrədə həmçinin milli şirniyyatlarımız da xüsusi yer tutur. Hava qaralan zaman kəndin uşaqları toplanar ev-ev gəzər və öz bayram paylarını götürmək üçün papaq atarlar.Ev sakini atılmış papaqları şirniyatla doldurar və qapının önünə qoyar.Uşaqlar sevinə sevinə gəlib papaqlarını götürər və başqa evlərə yollanarlar. Ailənin ən yaşlı üzvü olan, Həzət nənə novruz bayramını gəncliyində necə qeyd etdiklərini bizimlə bölüşdü. Kənd adət-ənəsinə uyğun olaraq əhali bir-birinin evini ardıcıllıqla ziyarət edir, bayramlaşır, süfrə arxasında sağlıqlar deyilir , Novruz təamları dadılır, ötən ilin xoş anlarından danışılır, arzular dilə gətirilir və gələn qonaqlar ev sahibi ilə Noruzun adətlərindən olan yumurta döyüşdürürlər.