"Dinamo Tbilisi" - "Feyenoord" matçının translasiyasını bu gün saat 20:30-da Gürcüstanın Birinci Kanalı təqdim edəcək
"Dinamo Tbilisi" - "Feyenoord" matçının translasiyasını bu gün saat 20:30-da Gürcüstanın Birinci Kanalı təqdim edəcək

Bu gün, avqustun 15-də “Dinamo” Roterdamın “Feyenoorduna” ev sahibliyi edəcək. Boris Paiçadze adına “Dinamo Arenada” Avropa Liqasının üçüncü təkmilləşdirmə mərhələsinin təkrar matçı keçiriləcək.

İlk matç, Roterdamda Hollandiyalıların tam üstünlüyü ilə keçirildi və 4:0 hesabı ilə başa çatdı. Beləliklə, təkrar matçda “Dinamonun” növbəti mərhələyə keçmədi şansı azdır.

“Dinamo Tbilisi” – “Feyenoord” matçına Almaniyalı hakimlər briqadası xidmət edəcək. Baş arbitr 34 yaşlı Saşa Ştiqemandır.

Avropa Liqasının təkmilləşdirmə mərhələsinin “Feyenoord” ilə təkrar matçı  “Dinamo Arenada” tamaşaçısız keçəcək. UEFA Avropa Liqasının ikinci təkmilləşdirmə mərhələsinin matçında (Dinamo-Qəbələ) “Dinamo Tbilisinin” azərkeşlərinin irqçi hərəkətinə görə, “Dinamo Tbilisini” cəzalandırdı.

“Dinamo Arenada” görüş saat 20:30-da başlayacaq. Matçın birbaşa telereportajını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.