DİN - Video materialdan görünür ki, Zviad Ratiani sərxoş olub, davranışını nəzarət edə bilmir və hüquqmühafizəçiləri təhqir edir
DİN - Video materialdan görünür ki, Zviad Ratiani sərxoş olub, davranışını nəzarət edə bilmir və hüquqmühafizəçiləri təhqir edir

Şair Zviad Ratianinin işi ilə əlaqədar Daxili İşlər Nazirliyi növbəti bəyanat yayır.

Daxili İşlər nazirininin müavini, Natiya Mezvrişvilinin brifinqdə qeyd etdiyinə görə, Zviad Ratiani polis nəzarəti çərçivəsində dayandırıldı.

Elə onun dediyinə görə, insidenti əks etdirən video material da mövcuddur. Lakin o, bəyan edir ki, videonun izlənilməsi ağırdır. Lazım olduğu təqdirdə idarə qeyd olunan materialın yaymasına hazırdır.

“Vətəndaş Zviad Ratiani bəyan edir ki, ona mülki formada ola şəxslər yaxınlaşdılar. Lakin materialda görünür ki, onlar polis formasında idilər və onu polis nəzarəti çərçivəsində dayandırdılar.

Materialda həmçinin görünür ki, Zvian Ratiani sərxoş vəziyyətdədir,  davranışını nəzarət edə bilmir və hüquqmühafizəçiləri təhqir edir”, – Natiya Mezurnişvili bəyan edir.