DİN Tbilisidə xarici ölkə vətəndaşının qətli faktı üzrə bir nəfəri yaxaladı
DİN Tbilisidə xarici ölkə vətəndaşının qətli faktı üzrə bir nəfəri yaxaladı

Daxili İşlər Naziriyinin Tbilisi Polis Departamentinin və İsani-Samqori İdarəsinin əməkdaşları, birgə keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1953-cü il təvəllüdlü Q.M.-nı qəsdən qətl və odlu silahın qanunsuz əldə emə-saxlama-gəzdirmə ittihamı ilə, Tbilisidə yaxaladılar.

DİN-in məlumatına görə, istintaq ilə müəyyən olundu ki, ittiham olunan Tbilisidə, Solomon Dodaşvili küçəsində, ağızlaşma nəticəsində qonşusu, 1986-cı il təvəllüdlü xarici ölkə vətndaşını M.M-nı, odlu silahdan atəşlə yaraladı. Nəticədə kişi yerindəcə həlak oldu.

Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bəyan etdiklərinə görə, baş verənlər üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddəsinin üçüncü və dördüncü hissəsi ilə aparılır. Cinayət 7 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.