DİN - seçkilər ilə bağlı insidentlər barəsində cari istintaq çərçivəsində, 15 şəxs cinayət məsuliyyətinə cəlb olundu
DİN - seçkilər ilə bağlı insidentlər barəsində cari istintaq çərçivəsində, 15 şəxs cinayət məsuliyyətinə cəlb olundu

Seçkilər ilə bağlı insidentlər barəsində cari istintaq çərçivəsində, 15 şəxs cinayət məsuliyyətinə cəlb olundu. Yaxalananlar arasında müxalif, eləcə də hakim partiyanın üzvləri var, – mlumaıtı DİN mətbuat xidmti yayır.

İdarənin məlumatına görə, 2018-ci il oktyabrın 30-da, Axalkalakidə baş vermiş söz və fiziki qarşıdurma faktə üzrə, DİN GCM-nin 239-cu maddəsinin ikinci hissəsinin “a” bəndi və üçüncü hissəsi ilə istintaqa başladı. Tərəflər və şahidlər qarşıdurmanın müxtəlif motivləri barəsində danışırlar. Onlarca şahid dindirilib. Bu vaxta qədər zərərçəkmişlərin dindirilməsi mümkün olmayıb.  2018-ci il oktyabrın 30-da zərərdidələr sorğu olunmaqdan imtina etdilər.  2018-ci il oktyabrın 31-də, onlar sorğu olunmağa razılaşdılar və onlardan ikisi dindirildi. İki nəfərin sorğu olunması 2018-ci il noyabrın 1-də baş verəcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqa başlanılmış işlər arasında Marnaeulidə baş verən insident də var. Marneulidə baş vermiş söz və fiziki qarşıdurma zamanı münaqişənin iştirakçıları hüquqmühafizəçilərə müqavimət göstərdilər.

“Bildirmək istəyirik ki, seçkilər ilə bağlı insidentlər barəsində cari istintaq çərçivəsində, 15 şəxs cinayət məsuliyyətinə cəlb olundu. Yaxalananlar arasında müxalif, eləcə də hakim partiyanın üzvləri var. Daxili İşlər Nazirliyi ictimaiyyəti seçkilərin dinc və təhlükəsiz mühitdə keçirilməsnə imkanların yaradılmasına doğru çağırır”, – DİN-in bəyanatında deyilir.