DİN Mixeil Kalandiyanın yaxalanması kadrlarını yayır

Xorava küçəsində hədd-büluğa çatmamışların qətli işi üzrə Mixeil Kalandiyanı yaxaladılar.

Bu barədə Daxili İşlər nazirinin müavini Vladimer Bortsvadze DİN-də keçirilən brifinqdə bəyan etdi.

Mixeil Kalandiya Xorava küçəsində hədd-büluğa çatmamışların qətli işi üzrə əsas şahidlərdən biri idi.

Apellyasiya Məhkəməsi həddi büluğa çatmayan David Saralidzeni qəsdən qətlə yetirməkdə Q.C.-nı dünən müqəssir kimi tanıdı.

Q.B.-ya gəldikdə, ona qarşı ittiham şikayəti təmin olunmadı və Apellyasiya Məhkəməsi hakimlər kollegiyası onu günahsız hesab etdi. Apellyasiya Məhkəməsi Şəhər Məhkəməsinin qərarını qüvvədə saxladı və Q.C.-nı müqəssir kimi tanıdı.

Şərh yaz