DİN kibercinayətin üstünü açdı - yaxalananlar "Gürcüstan Bankı" və "TBC Bankın" vebsəhifəsinə bənzər səhifələrlə məbləğləri fırıldaqçılıqla mənimsəyirdilər

Mərkəzi Kriminal Polisi Departamenti və Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya qarşı Agentliyinin əməkdaşları, birgə keçirilmiş intensiv operativ-axtarış tədbirləri nəticəsində, kibercinayət üçün Tbilisidə, Türkiyənin iki və Gürcüstanın bir vətəndaşını yaxaladılar, – bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentinin direktoru müavini, Mamuka Çelidze brifinqdə bəyan etdi.

Yaxalananlar “Gürcüstan Bankı” və “TBC Bankın” vebsəhifəsinə bənzər səhifələrlə məbləğləri fırıldaqçılıqla mənimsəyirdilər. İttiham  olunanlar  Türkiyə və Gürcüstan vətəndaşlarıdırlar. Onlar  kompyuter sisteminə icazəsiz daxil olmaqda, özəl komunikasiyaların gizliliyini pozmaqda  və  oğurluqda ittiham olunurlar.

İstintaq  nəticəsində  müəyyən olunub ki, ittiham olunan şəxslər əvvəlcədən hazırlanmış cinayətkar sxemə əsasən, vətəndaşların bank məlumatlarını  əldə edir və sözügedən məlumatlar vasitəsi ilə, vətəndaşlara məxsus pulları qanunsuz şəkildə mənimsəyirlərmiş.

Qeyd olunan hərəkətlə onlar vətəndaşlara 200 000 lariyə qədər ziyan vurdular.