DİN - Girovların hamısı azad olunub və vəziyyətləri yaxşıdır
DİN - Girovların hamısı azad olunub və vəziyyətləri yaxşıdır

Daxili İşlər Nazirliyinin Sameqrelo regionunda keçirdiyi xüsusi polis tədbirləri nəticəsində, dünən soyğuncu tərəfindən girov götürülən bütün şəxslər azad olunublar və sağ-salamat evlərinə qayıdıblar.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Məlum olduğu kimi, Zuqdidi şəhərində, Zviad Qamsaxurdia prospektində yerləşən bank filialına silahlı şəxs hücum etdi və 43 nəfəri girov götürdü.

Polisin cinayərkarla apardığı danışıqlar nəticəsində, girovların böyük hissəsi azad edildi və onların yerinə, girov olaraq, cinayətkarın yanına Sameqrelo-Zemo-Svaneti polis departamentinin direktoru Avtandil Qaldava tapşırıldı.

Daha sonra isə, Avtandil qaldava və üç girov, soyğunçu ilə bərabər bank ərazisini tərk etdilər.

Sameqrelo-Zemo-Svaneti polis departamentinin direktoru Avtandil Qaldavanın zəhməti nəticəsində, hər üç girov azad edildi və vəziyyətləri normaldır.

Hüquqçühafizəçlər hazırda cinayətkarın həbs edilməsi üçün operativ-istintaq işlərini həyata keçirirlər” – deyilir Nazirliyin məlumatında.