DİN qəsdən qətl cəhdi ittihamı ilə bir nəfəri yaxaladı, yayılan məlumata görə, yaxalanan Ğintsvisi Monastrının keşişidir
DİN qəsdən qətl cəhdi ittihamı ilə bir nəfəri yaxaladı, yayılan məlumata görə, yaxalanan Ğintsvisi Monastrının keşişidir

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları, keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, Kareli şəhərində, 1986-cı il təvəllüdlü K.K.-nı qəsdən qətl cəhdi  və odlu silahın qeyri qanuni əldə edilməsi-saxlanılması-gəzdirilməsi ittihamı ilə yaxaladılar.

Cinayət 7-dən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Maddələr qəsdən qətl cəhdi və odlu silahın qeyri qanuni əldə edilməsi-saxlanılması-gəzdirilməsini nəzərdə tutur.

Yayılan məlumata görə, yaxalanan Ğintsvisi Monastrının keşişlərindən biridir.