DİN fövqəladə vəziyyət rejiminin pozulmasının 103 faktını aşkar etdi
DİN fövqəladə vəziyyət rejiminin pozulmasının 103 faktını aşkar etdi

Son 24 saat ərzində, hüquqmühafizəçilər tərəfindən həyata keçirilən monitorinq nəticəsində bütün ölkə miqyası ilə, fövqəladə vəziyyət rejiminin və komendant saatının pozulmasının 103 faktı aşkar edildi.

Bununla yanaşı, polis 2 may saat 21-dən 3 may saat 6-a qədər komendant saatının pozulması faktı üzrə, bütün ölkə miqyası ilə 78 vətəndaşı cərimələdi.

Bundan başqa Daxili İşlər Nazirliyi əməkdaşları, üçdən artıq insanın toplaşması və iki metrlik məsafənin müdafiə olunmaması üçün 16 insanı cərimələdilər.

“Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edir ki, fövqəladə vəziyyət çərçivəsində müəyyən edilmiş məhdudiyyətləri müdafiə etsinlər, əks təqdirdə qanun ilə müəyyən edilmiş tədbirlər görüləcək.

Gürcüstan ərazisində olan bütün şəxs borcludur ki, fövqəladə rejimi müdafiə etsin və Gürcüstanda olan qanunvericilik tələblərinə tabe olsun.

Fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə cəlb olunmanı əmələ gətirir – fizi şəxs 3 000 lari, hüquqi şəxs isə, 15 min lari ilə cərimələnək”, – DİN-də bəyan edirlər.

Şərh yaz