DİN Didi Diğomidə baş verən partlayışla bağlı "KazTransQazın" iki əməkdaşını həbs etdi
DİN Didi Diğomidə baş verən partlayışla bağlı "KazTransQazın" iki əməkdaşını həbs etdi

Daxili İşlər Nazirliyi yanvarın 16-da, Didi Diğomidə baş verən partlayışla bağlı “KazTransQazın” iki əməkdaşını həbs etdi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs edilən şəxslər, 1957-ci il təvəllüdlü V.M, və 1991-ci il təvəllüdlü T.T. yanvarın 16-da, partlayışdan bir neçə saat öncə, bina sakinləri tərəfindən, qeyd olunan əraziyə yoxlanış üçün çağırılmışdılar. Bina sakinləri qaz iyisindən narahat idilər.

Qeyd olunan ünvana gedən KazTransQazın əməkdaşları əraziyi yoxladılar və əhaliyə orada qaz sızmasının olmadığını bildirdilər və bəyan etdilər ki, onlar boyanın iyisini qazla qarışdırıblar.

Bir neçə saat sonra isə, həmin binada partlayış baş verdi və dörd nəfər həlak oldu.

Hadisə ilə bağlı istintaq davam edir.