DİN - Dekabrın 6-da Gürcüstan-Azərbaycan dövlət sərhədi ərazisində baş verən insindent zamanı Gürcüstan vətəndaşı zərər görüb
DİN - Dekabrın 6-da Gürcüstan-Azərbaycan dövlət sərhədi ərazisində baş verən insindent zamanı Gürcüstan vətəndaşı zərər görüb

Dekabrın 6-da Gürcüstan-Azərbaycan dövlət sərhədi ərazisində baş verən insindent zamanı bir Gürcüstan vətəndaşı zərər görüb, hansı ki, müalicə məqsədi ilə, hadisə yerinə ən yaxın olan tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirlikdən hadisənin detalları barədə məlumat verilmir, ancaq əldə edilən məlumata görə, Gürcüstan-Azərbaycan ərazisində bir çoban odlu silahla vurularaq, yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, zərər görən şəxsi Gürcüstanın Daxili İşlər Nazirliyinin nümayəndələri və Azərbaycan Səfirliyinin əməkdaşları ziyarət ediblər.

“Azərbaycan tərəfinin məlumatına görə, yaralı şəxsin sağlamlıq vəziyyəti hazırda stabildir. Baş verən insindentlə bağlı istintaq aparılır. İstintaq prosesinə Azərbaycan və gürcü tərəfləri fəal şəkildə qoşulublar” – deyilir DİN-in məlumatında.