DİN-də bəyan edirlər ki, hərəkətin məhdudiyyəti reqaulasiyasını pozan şəxslərin kimliyi müəyyənləşdirilir və onlar 2000 lari ilə cərimələnəcəklər
DİN-də bəyan edirlər ki, hərəkətin məhdudiyyəti reqaulasiyasını pozan şəxslərin kimliyi müəyyənləşdirilir və onlar 2000 lari ilə cərimələnəcəklər

Gürcüstan Daxili İşlər Nazirliyində bəyan edirlər ki, hərəkətin məhdudiyyəti reqaulasiyasını pozan şəxslərin kimliyi müəyyənləşdirilir və onlar 2000 lari ilə cərimələnəcəklər.

DİN vətəndaşları requlasiyalara riayət etməyə çağırır.

“Gürcüstan hökumətinin 2020-ci il 9 noyabr tarixli N60 qərarı ilə, Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan edildi. Məhdudiyyət necə piyada, eləcə də nəqliyyat və şəxsi avtomobillə hərəkət edənlərə aid olacaq.

Müəyyən edilmiş requlasiyalara riayət etməyə çağırırıq, əks təqdirdə, qeyd olunan hərəkət İnzibati Xətalar Məcəlləsi ilə qadağan olunan hərəkəti təşkil edir və fiziki şəxsləri 2 000, hüquqi şəxslərin isə, 10 000 lari ilə cərimələnməsini nəzərdə tutur.

Müvafiq olaraq, qeyd oluan requlasiyanı pozanların kimliyi müəyyənləşdirlir və 2 000 lari ilə cərimələnəcəklər”, – DİN-də bəyan edirlər.