DİN Batumi və Zuqdididə toplaşan mitinq təşkilatçılarını və vətəndaşları qanunlara riayət etməyə, polisin qanuni tələblərinə tabe olmağa çağırır
DİN Batumi və Zuqdididə toplaşan mitinq təşkilatçılarını və vətəndaşları qanunlara riayət etməyə, polisin qanuni tələblərinə tabe olmağa çağırır

Daxili İşlər Nazirliyi Batumi və Zuqdididəki etiraz aksiyalarının təşkilatçılarını, siyasi liderləri və toplaşan vətəndaşları toplantı və ifadə zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, polisin qanuni tələblərinə tabe olmağa çağırır. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Agentliyin məlumatına görə, polis Zuqdididə iki, Acarıstanda isə dörd nəfəri polisin qanuni tələbinə tabe olmamaq faktına görə saxlayıb.

“Gürcüstanın müxtəlif şəhərlərində Sakrebulo iclaslarına paralel olaraq etiraz mitinqləri keçirilir.

Polis Zuqdididə iki, Acarıstanda dörd nəfəri qanunu pozduqları üçün saxlayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları davam edən mitinqlərlə əlaqədar səfərbərliyə davam edir və ictimai asayişi qoruyurlar. Asayişi qorumaq üçün Daxili İşlər Nazirliyinin bütün aidiyyəti bölmələri hazırdır.

Daxili İşlər Nazirliyi asayişin qorunmasına cavabdeh olan orqan kimi aksiyanın təşkilatçılarını, siyasi liderləri və toplaşan vətəndaşları toplantı və ifadə zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, polisin qanuni tələblərinə tabe olmağa çağırır. Əks halda polis öz səlahiyyətləri çərçivəsində hərəkət edəcək və hər bir qanun pozuntusunun qarşısı dərhal alınacaq”, – DİN-in bəyanatında bildirilir.