DİN Amerikalı həmkarları ilə bərabər silah hissələrinin qeyri-qanuni ticarətinin transnasiyonal sxemini aşkarladı
DİN Amerikalı həmkarları ilə bərabər silah hissələrinin qeyri-qanuni ticarətinin transnasiyonal sxemini aşkarladı

Gürcüstanın Daxili İşlər Nazirliyinin, baş prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin, hava yükləri nəzarətinin idarələrarası bölməsinin və Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticəsində, odlu silah hissələrinin qeyri-qanuni ticarətinin sxemi aşkarlandı.

DİN-in mərkəzi kriminal polis departamentinin direktoru Mamuka Çelidze, keçirdiyi brifinqdə qeyd etdi ki, cari ilin martın 15-də, qeyd olunan sxemin iştirakçılarından biri Türkiyə Respublikasının vətəndaşı olan İ.İ., Gürcüstanın gömrük məntəqəsindən keçərkən, maşınında böyük miqdarda silah hissələri apardığı zaman yaxalandı.

Qeyd olunan cinayət 8-dən 11 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Çelidzenin məlumatına görə, həbs edilən şəxsin müvəqqəti olaraq yaşadığı evdə, Tbilisidə, Suxumu küçəsində də odlu silah hissələri aşkarlandı,

Daxili İşlər Nazirliyi xarici kolleqaları ilə bərabər, qeyd olunan cinayətlə bağlı digər şəxslərin həbs edilməsi məqsədi ilə intensiv əməkdaşlığa davam edir.