Dimitri Peskov - rəsmi məlumat almamışıq ki, ABŞ sanksiya siyahısına rus biznesmenlərinin də daxil etməsini planlaşdırır
Dimitri Peskov - rəsmi məlumat almamışıq ki, ABŞ sanksiya siyahısına rus biznesmenlərinin də daxil etməsini planlaşdırır

Moskva rəsmi məlumat almayıb ki, ABŞ, sanksiya siyahısına rus biznesmenlərinin də daxil etməsini planlaşdırır, – bu barədə Rusiya prezidentinin mətbuat katibi, Dimitri Peskov bəyan etdi.

“Vəziyyət sadə deyil, daha artıq, gərgindir. Buna görə də, yalnız media tərəfindən yayılan məlumat barədə şərh verə bilmərəm. Rəsmi mənbədən isə məlumat almamışıq”, -Dimitri Peskov bəyan etdi.

Biznesmenlərin dindirilməsinə gəldikdə, Rusiya prezidentinin mətbuat katibinin dediyinə görə, bu barədə Kremldə məlumat alıblar.

ABŞ sanksiya siyahısına rus biznesmenlərinin də daxil etməsini planlaşdırdığı barədə məlumat bu gün yayıldı. Sanksiyalar güman edildiyinə görə, aprelin 5-də bəyan ediləcək.