"Diğmis Çalebi"-də parkın təşkili işləri 2019-cu ildə başlayacaq
"Diğmis Çalebi"-də parkın təşkili işləri 2019-cu ildə başlayacaq

“Diğmis Çalebi”-də parkın təşkili işləri 2019-cu ildə başlayacaq. Layihənin dəyəri 11 620 192 laridir və iki il ərzində həyata keçiriləcək, – bu barədə paytaxtın meri, Kaxa Kaladze 2019-cu ilin iri layihələrinin təqdimatında bəyan etdi.

Onun dediyinə görə, şəhər parklarının təşkili baş plan ilə nəzərdə tutulub və onlardan biri, məhz elə “Diğmis Çalebi”-də yerləşdiriləcək.

Paytaxtın merinin qeyd etdiyinə görə, parkda müxtəlif infrastruktur, idman meydançaları, uşaq məkanları və kafe-barlar yerləşdiriləcək.