Didi Diğomidəki vəziyyət - Hadisə yerindən yeni video-kadrlar

Medya nümayəndələrinə  Didi Diğomidə hadisə yerini görmək imkanı verildi.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, yaşayış binasının üçüncü, dördüncü və beşinci mərtəbələri zərər görüb.

Xüsusi ilə isə, partlayışın baş verdiyi altıncı mərtəbə dağılıb.

Partlayış nəticəsində, qarşıda duran digər bina da zərər görüb.

Hadisə yerində hüquqmühafizəçilər işləyirlər, bina sakinlərinə isə, hələlik binanın təhlükəsiz olub-olmadığı məlum olana qədər, evlərinə daxil olmaq imkanı verilmir.

Partlayış dünən axşam saatlarında Didi Diğomidə baş verdi.

Hadisə zamanı dörd nəfər həlak oldu.

Onlardan biri dörd yaşlı uşaqdır.