Diabetin müalicəsi üçün gərəkən "Medformin", "Qlimeprid" və "Qliklazid" preparatları bazar ertəsindən yarı qiymətə satılacaq
Diabetin müalicəsi üçün gərəkən "Medformin", "Qlimeprid" və "Qliklazid" preparatları bazar ertəsindən yarı qiymətə satılacaq

“Medformin”, “Qlimperid” və “Qliklazid” preparatlarını bazar ertəsindən vətəndaşlar yarı qiymətə ala biləcəklər.

Bu barədə bəyanatı Səhiyyə Naziri Davit Sergeenko bugün verdi.

Sergeenkonun dediyinə görə, qeyd olunan preparatlardan ikinci tipli diabet pasientləri istifadə edirlər.

“Birinci tipli pasientlərə insulin lazımdır, ikinci tiplilərə isə, diabet tabletləri. Diabet medikamentlərinin qiyməti əhali üçün ağır maddi yük idi . Diabet üçün isə, ən yaxşı preparatlar “Medformin”, “Qlimeprid” və “Qliklaziddir və bu preperatlar artıq yarı qiymətə satılacaq” – dedi Səhiyyə Naziri.

Bununla yanaşı, Nazirin verdiyi məlumata görə, keçən il sadəcə sosiyal cəhəddən müdafiyəsiz vətəndaşlar üçün həyata keçirilən layihə başladı hansı ki, əsasən, xronik xəstəliklərin preparatları üçün güzəşt təqdim edirdi, ancaq bu layihə yetərli olmadı,

David Sergeenko bəyan etdi ki, qeyd olunan medikamentlərə əhali bir ildə 10 milyon lari xərcləyirdi.

Qeyd olunan üç medikament pensionerlər üçün daha ucuz qiymətə satılacaq.